Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Zmeynı adasında Ukraynanın daha iki Su-24 bombardmançı təyyarəsini və bir Mi-24 helikopterini vutub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ötən sutka ərzində Odessa yaxınlığında Bayraktar TB2 pilotsuz uçuş aparatı da vurulub.
"Ümumilikdə, sutka ərzində ərazidə dörd Ukrayna təyyarəsi, cümlədən göyərtəsində desant qoşunları olan dörd helikopter, üç Bayraktar-TB2 pilotsuz uçuş aparatı və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir desant-hücum kateri məhv edilib", - deyə Rusiya MN sözçüsü bildirib.