Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
"Unikal" oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Polis polkovnik-leytenantı Mərdanov Araz Yusif oğlu Ağstafa rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.
O bu vəzifəyə qədər, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.