ABŞ Demokratik Partiyası mümkün qədər tez bir zamanda Ukraynanı dəstəkləməyə yönəlmiş yeni qanun layihəsini qəbul etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Face the Nation"a verdiyi müsahibəsində bildirib ki, Konqresi Ukraynaya 33 milyard dolların ayrılmasını tez bir zamanda təsdiqləməyə çalışacaq.
"Düşünürəm ki, biz bunu mümkün qədər tez edə bilərik. Biz Ukrayna xalqının rəhbərlik etdiyi demokratiya uğrunda mübarizəyə dəstək veririr", - Pelosi bildirib.
O, həmçinin əlavə edib ki, amerikalı siyasətçilər Ukrayna prezidentinin strategiyasına hörmətlə yanaşır və onlar daha çox silah verilməsi və Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi zərurətini dəstəkləyirlər.
Ağarza Elçinoğlu