Haitidə 8 Türkiyə vətəndaşı oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Haiti24 portalı məlumat verib.
Bildirilir ki, avtobusla Dominikan Respublikasından Haitiyə gələn 8 Türkiyə vətəndaşını naməlum şəxslər oğurlayıb. Oğurlananların arasında qadınlar da var.