Belçika hökuməti televiziya, radio, çap mediası, sosial media, e-poçt və telefon mesajları kimi bütün media formalarında mərc və qumar reklamlarını qadağan edəcək.
"Unikal" xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Vincent Van Quickenborne jurnalistlərə açıqlamasında 2022-ci ilin sonuna qədər mərc və qumar reklamlarının qadağan ediləcəyini deyib.
"Qumar siqaret çəkməyə bənzəyir. Ölkəmizdə qumar sənayesi bu asılılığı tapan insanların sayəsində hər il daha çox qazanc əldə edir. Qumar reklamları hər gün üstümüzə yağır. Xüsusilə gənclər arasında bu asılılığı təşviq edirlər".
Belçikada qumar və mərc oyunları oynayan təxminən 100 min insanın problemli davranışlar sərgilədiyini ifadə edən Van Quickenborne, 30 min adamın qumar asılılığının olduğunu vurğulayıb.