Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələ Tayvanın şərq sahillərində, 27,5 kilometr dərinlikdə baş verib. Meteoroloji xidmət zəlzələnin Tayvanda hiss edildiyini açıqlayıb.

Zəlzələdən sonra dağıntılar qeydə alınmayıb.

Qeyd edək ki, Tayvan 2 tektonik plitənin qovşağının yaxınlığında yerləşir. Bölgədə 2016-cı ildə baş verən zəlzələdə 100-dən çox insan həlak olub.