Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK/YPG silahlıları “Barış Pinarı”, “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatı zonalarını atəşə tutan vaxt məhv edilib.