Bu gün Ukrayna Baş naziri Denis Şmıqal və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olarkən Rusiya qüvvələri Odessa yaxınlığına raket zərbələri endirib.

"Unikal"  xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Şmıqal “Twitter“də bildirib.

Bundan sonra rəsmilər bomba sığınacağında görüşü davam etdirməyə məcbur olublar.

“Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşümüzün rəsmi hissəsi bu gün hava hücumu xəbərdarlığı və Rusiyanın Odessa yaxınlığında atdığı raketlərlə kəsildi. Biz Rusiyanı necə dayandırmaq və Ukraynanı yenidən qurmaq haqqında müzakirələrimizi sığınacaqda müzakirə etdik. Ukraynanın əsl dostunun ziyarətinə görə minnətdarıq”, - deyə Şmıqal qeyd edib.