Filippində keçirilən prezident seçkilərində keçmiş diktator Ferdinand Markosun oğlu və adaşı səslərin 68,27 faizini toplayaraq liderdir.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 21:47-yə olan məlumata görə, F.Markos 22,4 milyondan çox səs toplayıb. Onun əsas rəqibi olan vitse-prezident xanım Leni Robredo isə 10,6 milyon səs toplaya bilib. Üçüncü yerdə səslərin 2 milyonun toplayan senator və keçmiş peşəkar boksçu Menni Pakyo gəlir.