"Türkiyədəki suriyalı qaçqınların sayı onların öz vətənlərinə könüllü qayıtmaları üçün lazımi şərait yaradıldıqda məqbul səviyyəyə enəcək".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə beynəlxalq humanitar təşkilatların ayırdığı maliyyə sayəsində hazırda Suriyanın 13 rayonunda bu ölkədən olan qaçqınlar üçün 200 min ev tikir.
Türkiyə lideri qeyd edib ki, 2016-cı ildən bəri müxtəlif yollarla Türkiyəyə daxil olan və ölkələrinə geri göndərilən qeyri-qanuni miqrantların sayı 320 min nəfəri keçib.