Böyük Britaniya kraliçası II Elizabet ölkə parlamentinin yeni sessiyasının açılış mərasimində taxt nitqi ilə çıxış etməyəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, kraliça səhhətində olan problemlərə görə bu tədbirə qatıla bilməyəcək.
“Kraliça arabir hərəkət etməkdə çətinlik çəkməyə davam edir. Həkimlərlə məsləhətləşdikdən sonra parlamentin sabahkı rəsmi açılışında iştirak edə bilməyəcəyinə qərar verdi”, - deyə məlumatda qeyd olunub.