Avstriyanın şimal-şərqindəki Mödlinq rayonunda qatar relsdən çıxaraq qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər ağır yaralanıb.

Qəzanın səbəbləri açıqlanmır.

Xilasedicilər və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları hadisə yerində işləyirlər.