Kubanın Havana şəhərinin "Saratoqa" otelində baş verən partlayış nəticəsində azı 40 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ölənlər arasında dörd uşaq da var. Son məlumatlara görə, hadisə nəticəsində 94 nəfər xəsarət alıb, onlardan 18-i hazırda xəstəxanalardadır, o cümlədən beşi azyaşlıdır.