Şri-Lanka prezidenti Qotabaya Rajapaksa baş nazir Mahinda Rajapaksa istefasını qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb.

Müvafiq bildiriş ada dövlət başçısının katibliyi tərəfindən dərc edilib.

Qeyd edək ki, Şri-Lankada hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Etirazlar zamanı 5 nəfər ölüb. Ümumilikdə 150-yə yaxın insan yaralanıb.

Adada komendant saatı mayın on birinə qədər uzadılıb.