Ekvadorda həbsxanada iğtişaşlar və qarşıdurmalar zamanı 100-dən çox məhbus qaçıb.
"Unikal" xəbər verir ki, Santo Dominqo de los Tsaçilas şəhərindəki Bellavista həbsxanasında dünən səhər saatlarında başlayan iğtişaşlar və qarşıdurmalar zamanı bir çox məhbusun həbsxanadan qaçdığı müəyyən edilib.
"İndiyə qədər ölən 43 məhbus var, araşdırmalar davam edir. Qiyamın son saatlarına doğru 100-dən çox məhbusun itkin düşdüyü məlum olub" , - deyə ölkə rəhbərliyi məlumat yayıb.
Daxili işlər naziri Patricio Castillo təhlükəsizlik qüvvələrinin tədbirləri sayəsində 112 məhbusun qaçmasının qarşısı alındığını, qaçan şəxslərin tutulması üçün işlərə başlanıldığını bildirib.