Meksikada Verakruz əyalətində daha iki jurnalist öldürülüb. Bu ilin əvvəlindən ölkədə öldürülən jurnalistlərin sayı 11-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Verakruz Əyalət Prokurorluğu "Twitter" hesabında açıqlama yayıb.
Məlumata görə, "El Veraz" xəbər saytının meneceri Yessenia Mollinedo Falconi və onun müxbiri Şeyla Yohana Qarsiya Olivera naməlum şəxslər tərəfindən qətlə yetirilib. Onların ölünü ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bu ilin əvvəlindən ölkədə öldürülən jurnalistlərin sayı 11-ə yüksəlib. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, 2000-ci ildən bəri ölkədə öldürülən jurnalistlərin sayı 150-ni ötüb.
Gülayə Mecid