Şri-Lankanın hakim partiyasından olan deputat hökumət əleyhinə nümayişçilərlə toqquşma nəticəsində həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə hökumət əleyhinə etirazlar gücləndiyi üçün nümayişçilər hakim Rajapaksa ailəsinə və bəzi deputatlara məxsus bir neçə evi yandırıblar.
Qeyd edək ki, bazar ertəsindən bu yana ölkədə 7 nəfər ölüb, 190-dan çox insan yaralanıb. Bununla yanaşı, müxalifət və etirazçıların artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa istefa verib və ölkə daxilində komendant saatı elan edilib.