Xarkov vilayətinin İzium şəhərində binanın dağıntıları altından 44 mülki şəxsin meyiti tapılıb.

"Unikal" xəbər verir  ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb. 

"Müvəqqəti olaraq işğal olunmuş İzyumda martın ilk ongünlüyündə işğalçılar tərəfindən dağıdılmış beşmərtəbəli binanın dağıntıları altından 44 dinc sakinin cəsədi tapılıb. Bu, rus işğalçılarının dinc əhaliyə qarşı törətdiyi növbəti dəhşətli hərbi cinayətdir!", - deyə  bildirib.