Mariupolda ruslar sığınacaqlarda 100-ə qədər mülki şəxsin qalmasına baxmayaraq, "Azovstal"ı ağır artilleriya və aviasiyadan atəşə tutmağa davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat yayıb.
"Düşmən ağır artilleriya və aviasiyadan bütün günü zavodu atəşə tutmağa davam edir. "Azovstal"a basqın etmək cəhdləri uğursuzluqla davam edir. Ona görə də ərazidə yenidən top səsləri eşidilir”, - Andryuşşenko deyib.