Bu gün Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzdülər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildirdilər.

Məktəblilər hərbi oyunlar, fləşmob nümayiş etdiriblər. Tədbirin gedişatında Ulu Öndərə həsr olunmuş musiqi nümunələri səsləndirilib.