Mari El-in rəhbəri Aleksandr Evstifeyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, rayon rəhbərinin bəyanatı özünün "Telegram" kanalında dərc olunub.

"Mən istefamı qəbul etməsi xahişi ilə Rusiya Prezidentinə müraciət etdim", - qubernator bildirib. 

"RİA Novosti"nin məlumatında Saratov vilayəti qubernatorunun da istefa verdiyi qeyd olunub. 

Bildirilib ki, ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.

Onu da deyək ki, bu, gün ərzində Rusiyada 4-cü qubernator istefasıdır. 

xxx

17:08

Bu gün Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

O, bildirib ki, qubernator kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsini tərk edib.  

xxx

16:19

Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi internet portalında məlumat verilib.

Siyasətçi bu ilin əvvəlində həyatında mühüm hadisələrin baş verdiyini və yanvarın 20-də 65 yaşının tamam olduğunu bölüşüb. 

Siyasətçi Tomskda yaşamağa davam edəcəyini bildirib.

Ağarza Elçinoğlu