Türkiyə və Qazaxıstan prezidentləri Ankarada görüş keçirir.
"Unikal" xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin görüşündə iki ölkə arasında əlaqələr və regional məsələlər müzakirə olunur.
Liderlərin təkbətək görüşündən sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.