Xalq artisti Aygün Kazımova “10-da görüşək” proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o verilişdə bəzi açıqlamalar verib.
"Elə sənətçilər var ki, qazanır işinə xərcləyir, eləsi də var hər hansı arzusu, problemini həll edir. O sənətçilərdənəm ki, nə qədər çox qazancım olsa, bir o qədər də layihələrim olur. Bundan həzz alıram.Düşünürəm ki, etdiklərim doğrudur. Məndən sonra mirasım, tutaq ki, evim və sair, qızıma qalanlar yetər ona. Qalan şeylər, bunlar mal-mülkdür, Süleymana qalmayan dünya kimə qalacaq? Amma yaşayan olacaq mahnılarım, kliplərim, filmlərim, konsertlərim. Onlar ömür boyu yaşayacaq. Əşya isə xarab olub gedəcək" deyə, o, bildirib.