Halsey, İnstaqramda izləyicilərinə bir sıra sağlamlıq problemləri ilə məşğul olduğunu söyləyib.
"Unikal" xəbər verir ki, ürək monitoru taxan müğənni İnstaqram Hekayəsində bu yaxınlarda bir neçə dəfə anafilaksiyaya görə xəstəxanaya yerləşdirildiyini yazıb.
"Hamilə olub doğum edəndən sonra səhhətim çox dəyişdi. Mən çox xəstələnməyə başladım, yetkinlik həyatım boyu çox xəstəliklər keçirmişəm",-deyə məşhur ulduz qeyd edib.
Halsey əvvəllər endometriozla mübarizəsindən danışmışdı - bu, İngiltərədə istənilən yaşda olan hər 10 qadından birində rast gəlinən bir xəstəlikdir.
Aynurə Xudaverdiyeva