"Allahın verdiyi övlada vaxtında qarşı çıxdım. Çox peşmanam. İndi də gec deyil. Amma mənim güvənim yoxdur".
"Unikal" xəbər verir ki, bunu müğənni Mətanət Əsədova "1 dəqiqə" verilişində qonaq olarkən deyib. O, proqramda övladını dünyaya gətirməkdən imtina etdiyini etiraf edib:
"Özüm-özümü aldadıb, camata xoş olsun, efirdəyəm, məni belə sevəcəklər, birdən kimsə saymaz, bunlar mənə lazım deyil. İçim-içimi yeyincə özümü aldada bilmərəm həyatda. Nə də imkan verərəm ki, kimsa məni aldatsın. Niyə gözümlə görə-görə uçuruma atım özümü? Belə alındı. Hamının həyatında enişli-yoxuşlu yollar olub. O bir qismət, alın yazısı idi, alınmadı. Deməli hələ Allah bunu mənə rəva bilmir. İstər həyatda, istər sevgidə, istər atdığım addımda ağlımla fikirləşmədim, ürəyimlə yanaşdım. Bu da mənim axırıma çıxdı".