"FoxTV"də yayımlanan "Gülümse kaderine" serialı final qərarı alıb.
"Unikal" xəbər verir ki, buna səbəb isə serialın reytinqlərdə gözlənilən nəticəni verməməsi olub. Belə ki, ekran işi mayın 25-də 5-ci bölümü ilə tamaşaçılara vida edəcək.
Qeyd edək ki, serialda baş rolları Mine Tuqay, Bahar Şahin və Aslı Sümenin canlandırır.