Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşları birgə əməliyyat keçirib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.