"Unikal" xəbər verir ki, icra işi ilə bağlı materiallara görə, vəkil Bəhruz Bayramov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq ödənişlər edildikcə, həmin ödənişləri rəsmi ərizə vasitəsilə hansı məhkəmə qərarı ilə bağlı tələbkara ödədiyi barədə rəsmi qaydada icraçıya təqdim edib.
Vəkil bildirib ki, 2018-ci ildən başlayaraq tələbkarın bank hesabına ödənilən (ümumilikdə 282 min 630 manat) vəsaitlərin qəbzi barədə məlumat verilib. Həmin müraciətlərdə rəsmi olaraq ödənişlərin məhkəmə qərarının icrası ilə bağlı olduğu vurğulanıb.
Vəkil B.Bayramov qeyd edib ki, bu ödənişlərin hamısının qəbzi icraçı tərəfindən qəbul olunub. O əlavə edib ki, qarşı tərəf həmin ödənişləri qəbul edib, buna münasibət bildirməyib.
İcra məmuru bu işin o zaman başqa icraçının icraatdında olduğu üçün cavablandıra bilməyib. Məhkəməyə digər sübutlar da təqdim olunub.
Məhkəmə prosesi mayın 24-nə təxirə salınıb.
Anar Kəlbiyev