Bakıda qətl hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Qabil Qəmbərov kürəkəni Taleh Heydərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Hadisəni törədən şəxs ərazidən qaçıb.
Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.