Jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.
***12:25
Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib.
Bildirilib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:
"Hazırda o, xəstəxanada müalicəsini davam etdirir".