Mingəçevir şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Unikal” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.