Mayın 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Qocalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qocalı, Beyi, Xəlsə və Pirəköçə kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini veriblər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhid məzarlarını ziyarət edib.