Ermənistanın keçmiş Baş Qərargah rəisi, general Yura Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki,  bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki,17 may 2022-ci il tarixdə Kiyan küçəsində Xaçaturov etiraz aksiyaları zamanı narkotik vasitələrin təsiri altında polisə şiddət tətbiq etməkdə ittiham olunur.

İ.Xaçaturov barəsində Ermənistan Cinayət Məcəlləsinin 316.1-ci maddəsi ilə iş açılıb. 

Güalyə  Mecid