Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, RİHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 19 may 2022-ci il tarixində Hacıqabul rayonu, 101 evlik məcburi köçkün qəsəbəsində olub.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan-Hacıqabul Regional bölməsinin nümayəndəsi Vəkil Hüseynov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin Hacıqabul-Sabirabad MKİS-nin rəisi Vahibi Əliyev iştirak edib.
Qəbulda 42 nəfər iştirak etmiş, 7 məsələ qaldırılıb. Həmin məsələlərdən 4-ü yerində həll olunub, 3-ü isə baxılması üçün nəzarətə götürülüb.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.