Hesablama Palatasının “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

"Unikal" xəbər verir ki, hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hesabatda qeyd olunur ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

***11:05

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

"Unikal" xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi daxil edilib.

Toplantıda maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika komitəsinin sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak edir.