“Azərbaycanda infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var. Daxildə də bizim kifayət qədər problemlərimiz var”.
"Unikal" xəbər verir ki, bunu deputat Vahid Əhmədov “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil: "Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan istifadə edənlər var".
Bununla yanaşı V.Əhmədov Qubada Azad İqtisadi Zonanın yaradılmasını təklif edib. Deputat əlavə edib ki, ona əsasən sosial müdafiə ilə bağlı şikayətlər daxil olur:
"Bu gün ən ciddi məsələ iş yerləri ilə əlaqədardır. Çox böyük işlər görülür. Ancaq Quba, Şəki, Xaçmaz bölgəsinə baxaq və görək işsizlik nə yerdədir. Niyə biz o bölgələrdə sənaye parkları açmırıq? Qubada Azad İqtisadi Zona yaratmaq olar. Xahiş edirəm ki, həmin bölgələrdə işsizliklə bağlı məsələyə baxıslın”.