“Keçən il üçün proqnozumuzda inflyasiya 3 % idi, amma faktiki 6 %-dən çox olub”.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov "2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, inflyasiyanı proqnozlaşdıra bilməmişik: “Dünyada heç kim onu proqnozlaşdıra bilməyib. İnflyasiyanın nəzərdə tutulduğundan 2 dəfə artıq olmasının təsirini görürük. Xarici malların qiyməti artıb, gömrük orqanlarının yığımları da artıb. “ƏDV geri al” sistemi üzrə 138 milyon manat vəsait il ərzində qaytarılıb. Bu da şəffaflaşmanın nəticəsidir. Dövriyyə şəffaflaşır”.