“Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Daxili mənbələrdən buna təsir göstərə bilərik".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov "2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur:
"Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq”.