"Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır".
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O bildirib ki, bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir:
"Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxilə edəcək. Yeni mexanizmin tətbiqi ilə bağlı təkliflər vermişik və artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək. Ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır".