Son zamanlar qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Əvvəllər bu yaş göstəricisi 40-dan çox idisə, bu gün həmin rəqəm daha da aşağı düşüb.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov deyib:
“Son dövrlərdə qalxanabənzər vəzi xəstəlikləri nəinki 10-15 yaşda, eləcə də 6-7 yaşlı uşaqlarda da qeydə alınır. Bu da o deməkdir ki, xəstəlik gəncləşib”, - deyə həkim qeyd edib.