Azərbaycan üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirmə prosesinə yekun vurulub.
"Unikal"ın xəbərinə görə, bununla bağlı sabah Mərkəzi Seçki Komissiyasında (MSK) geniş tədbir keçiriləcək.
Tədbirin ardınca isə MSK-nın iclası baş tutacaq.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.
Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.