“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ciddə şəhərindən Bakıya yola düşən (J2-1092 reysi) təyyarəsinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"Unikal" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.