Daim qadınlar üçün dəstək layihələri ilə səs salan “Aura” markası bu dəfə də Azərbaycanda ilk qadınlar üçün təşkil olunan “Feminar”ın baş sponsoru olub.
"Unikal" xəbər verir ki, 300-dən çox qadının iştirakı ilə keçirilən “Feminar”da "Aurana Güvən" sloqanı altında qadınları ilhamlandırmaq məqsədi ilə onlara xitab edən 4 fərqli panel bir araya gətirilib. Bir-birindən maraqlı qonaqları yerli və türkiyəli spikerlər qadınlara dəyərli tövsiyələr verdilər. Gün boyu davam edən tədbirdə sahibkar qadınlara dəstək üçün xüsusi guşələr də yaradılmışdır.