“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq etməyəcək. Həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər”.
"Unikal" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
Şöbə müdirinin sözlərinə görə, həmin şəxslərin əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan faiz dərəcələrinə uyğunlaşdırılması sistem tərəfindən avtomatik olaraq dəyişdiriləcək.