Azərbaycanda Mili Məclisin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloqerlərlə mübarizə aparan şəxslərə orden və medalların verilməsi təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsis edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, ətraf mühitin qorunması deyərkən təkcə ağacların, ekologiyanın qorunması nəzərdə tutulmur:
"Bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətraf mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər də var. Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli mədəni dəyərlərinə ziyan gətirən bloqerlər var ki, onlar əxlaqdan kənar, etikadan kənar həm Milli Məclisin, həm də dövlətin, dövlət başçısının ünvanına fikirlər sədləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də orden və medallarla təltif etmək lazımdır".
Anar Kəlbiyev