Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə 500 manatadək məbləğdə cərimə ediləcək.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 162-1.4 maddədə əksini tapıb.
Təklif edilən 162-1.5-ci maddəyə əsasən isə şəxsin ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmamasına dair məlumatların yayılmasına görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək.
Məsələ I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev