Azərbaycanda orqan transplantasiyasını gözləyən şəxslər üçün vahid növbəlilik sisteminin yaradılması təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.
"Növbəliliyin təşkili və növbəliliyin tətbiq olunması sosial şəbəkəyə bənzər sistem vasitəsilə olsun ki, hər bir vətəndaş orqan transplantasiyası üçün növbədə neçənci olduğunu görə bilsin. Yəni burada kimin cibi qalındır, kiminki nazikdir deyə heç bir ayrı-seçkilik olmasın. Hər bir vətəndaş üçün əlçatanlığın təmin etmək üçün növbəlilik sisteminin vahid siyahısının açıq şəkildə dərc olunmalıdır", - deyə deputat bildirib.
O qeyd edib ki, həkimlərin müvafiq diaqnozu və qərarı olarsa, növbə gözləyən şəxslərə, xəstələrə növbədənkənar orqan köçürülə bilər.
Anar Kəlbiyev