Bu gün HOLCİM Azərbaycan tərəfindən yeni yaradılacaq İnnovasiya Mərkəzinin dizaynının verilməsi üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri arasında elan olunmuş “Ən yaxşı dizayn işi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə HOLCİM Azərbaycanın Baş direktoru Xalid Samaka, Kommersiya direktoru Sergiu Stoicov, Əlaqələr və davamlı inkişaf üzrə meneceri Rəna Tahirova, AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərov, müsabiqəyə qoşulan tələbələr və şirkətin daimi müştəriləri iştirak ediblər.
Şirkətin direktoru Xalid Samaka və meneceri Rəna Tahirova tələbələrin müsabiqədəki işlərindən danışıblar, onların istedadlarını yüksək dəyərləndiriblər.
Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərov müsabiqənin qaliblərini elan edib. İlk öncə tələbələr tərəfindən seçilən qalib komanda, Memarlıq fakültəsinin tələbələri Nilüfər Səmədova və Ləman Məhərrəmovaya diplom və gül dəstələri təqdim olunub. Daha sonra Münsiflər Heyəti tərəfindən seçilən əsas ilk 3 işin qalibi elan olunub.
3-cü yerin qalibi müsabiqədə komanda şəklində işləyən Memarlıq fakültəsinin tələbələri Raisə Qurbanlı, Fərəh Əliyeva və Ruhanə Ağayeva, 2-ci yerin qalibi Memarlıq fakültəsinin tələbələri Elvina Bayramzadə və Ömər Aşan, 1-ci yerin qalibi, müsabiqəyə tək qoşulan I kurs magistr tələbəsi Aygün Abbasova olub. Qaliblər diplomla təltif olunub.
Şirkət tərəfindən 1-ci yerin qalibinə 1000 azn, 2-ci yerin qalibinə 700 azn, 3-cü və 4-cü yerin qalibinə isə 300 Azn pul mükafatı təqdim olunub. Eyni zamanda digər iştirakçılara isə sertifikatlar təqdim olunub.