Bakıda bütün istiqamətlər üzrə nəqliyyatın hərəkəti tam bərpa edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli "Unikal"a bildirib ki, "TEKNOFEST"lə əlaqədar yollarda hərəkətin müvafiq qaydada təşkil edilməsi baxımından istər məlumatlandırıcı, istərsə də xidmətin təşkili ilə bağlı bütün tədbirlər görülüb:
"Festival tam təhlükəsiz qaydada sona çatıb. Bu müddət ərzində paytaxt yollarında heç bir problem yaranmayıb. Dörd gün ərzində festival keçirilən əraziyə axın edən şəxslərin şəxsi nəqliyyat vasitələrindən istifadəsi yollarda sıxlığın yaranmasına səbəb olurdu. Bakı Şəhər DYPİ əməkdaşları da ara sıra çətin olsa da, ümumi prosesi nəzarətda saxlayıb".