“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 7-də saat 10:00-da Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Azərişıq”dan "Unikal"a verilən məlumata görə, qəbul “Azərişığ”ın Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi 63 ünvavında yerləşən Şimal-Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. Qəbulda iştirak etmək istəyən şəxslər Qəbələ Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.